“Qalatasaray” rəhbərliyi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”la qarşılaşacaq futbolçuların motivasiyasını artırmaq üçün hərəkətə keçib. Rəhbərlik 1/8 finala yüksəlmə qarşılığında vəd edilən 1 milyon avroluq mükafatı 3 milyon avroya qaldırıb.
Prezident Dursun Özbəyin tapşırığı ilə komandada daxili nizam-intizamı və ruh yüksəkliyini qorumaq üçün futbolçuların gecikmiş 3,5 milyon avroluq maaş borcları da tam ödənilib. Məqsəd – komandanın yalnız meydana və qələbəyə köklənməsidir.