Çempionlar Liqasının final biletlərinin qiymətləri bəlli oldu

17.03.26 | 08:27
Dünya futbolu

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final qarşılaşması Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Mayın 30-na təyin olunan möhtəşəm final öncəsi azarkeşlər üçün ayrılan bilet kvotaları və qiymət kateqoriyaları artıq elan edilib.

Finalçı komandaların hər birinə azarkeşləri üçün 17 200 bilet ayrılacaq. “Fan-kvota” çərçivəsində satılan bu biletlərin qiyməti 70 avro (təxminən 130 AZN) təşkil edəcək.

Azarkeş kvotasından kənarda qalan və neytral tribunalar üçün nəzərdə tutulan biletlər isə daha yüksək qiymətə təklif olunacaq. UEFA biletləri üç əsas kateqoriya üzrə bölüb:

III Kateqoriya: 180 avro

II Kateqoriya: 650 avro

I Kateqoriya: 950 avro

Xatırladaq ki, Çempionlar Liqasının ötən mövsümü futbol tarixinə keçən hadisələrlə yadda qalıb. Finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə darmadağın edən Fransa təmsilçisi PSJ, tarixində ilk dəfə bu mötəbər turnirin qalibi adını qazanaraq çempionluq kubokunu muzeyinə aparıb. İndi isə bütün diqqətlər Budapeştə — yeni çempionun kim olacağına yönəlib.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21