2025/26-cı il mövsümü UEFA Çempionlar Liqası (ÇL) tarixinə təkcə nəhəng klubların rəqabəti ilə deyil, həm də yeni ulduzların parlaması ilə düşür. Bu mövsümün ən böyük kəşfi, heç şübhəsiz, “Qarabağ”ın heyətində sərgilədiyi inanılmaz oyunla Avropanı lərzəyə gətirən kolumbiyalı hücumçu Kamilo Durandır.
Falkaonun rekorduna şərik
24 yaşlı santamartalı hücumçu bu mövsüm vurduğu 5 qolla adını turnirin tarixinə qızıl hərflərlə yazdırdı. Fevralın 24-də İngiltərədə “Nyukasl”ın qapısına yol tapan Duran, bu qolla həm də bir “milli rekorda” imza atdı
O, kolumbiyalı əfsanə Falkaonun 2016/17 mövsümündə “Monako”da imza atdığı rekordu (bir mövsümdə 5 qol) təkrarladı. Duran bu göstərici ilə Luis Dias (3 qol) və Luis Suaresi (4 qol) qabaqlamağı bacardı.
Hazırda o, bir mövsümdə ən çox qol vuran kolumbiyalılar siyahısında yalnız Cekson Martinesdən (7 qol, “Portu”) geri qalır.
Addım-addım zirvəyə
Kamilo Duranın bu mövsümkü “qol xəritəsi” onun nə dərəcədə universal bir hücumçu olduğunu sübut edir:
1. Möhtəşəm debüt: “Benfika”ya qarşı oyunda turnir’ həm qol, həm də məhsuldar ötürmə ilə start verdi.
2. Niderland fəthi: “Qarabağ” evdə Niderland təmsilçisinə məğlub olsa da, Duranın həmin matçda vurduğu qol onun fərdi ustalığının və ən güclü müdafiələrə qarşı belə geri çəkilmədiyinin sübutu idi.
3. Alman səddinin yarılması: “Ayntraxt”la matçda etdiyi dubl, onu Avropa nəhənglərinin transfer radarına salan əsas hadisə oldu.
4. İngiltərə sınağı: “Nyukasl” qapısına vurulan 5-ci qol isə onun soyuqqanlılığının təsdiqi idi.
“Zoluşka” hekayəsi: Braziliya küçələrindən Bakı rrospektlərinə uzanan yol
Duranın uğuru təkcə rəqəmlərlə deyil, həm də keçdiyi çətin həyat yolu ilə dəyərlidir. Vətəni Kolumbiyada lazımi diqqəti görməyən, Braziliya və Portuqaliyanın aşağı liqalarında özünü sübut etməyə çalışan futbolçu, əsl “Zoluşka” hekayəsi yaşayır.
Məhz “Qarabağ”ın skaut şəbəkəsinin və Qurban Qurbanovun sisteminin bəhrəsi olaraq, Duran bu gün dünya mətbuatının gündəmindədir. Kiçik büdcəli bir klubla Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləmək, onun transfer bazarındakı dəyərini eksponental şəkildə artırıb.
Gələcək: DÇ-2026 və “Top-5” liqaları
İndi hər kəsi bir sual düşündürür: Kamilo Duran DÇ-2026-da Kolumbiya millisinin əsas “9 nömrəsi” olacaqmı?
Onun nümayiş etdirdiyi fiziki hazırlıq və qol duyumu, yaxın gələcəkdə Avropanın “Top-5” liqalarından birinə transfer olunacağının bariz siqnalıdır.
24 yaşlı santamartalı hücumçu “Qarabağ”la yaşadığı bu nağılvari mövsüm, əslində daha böyük bir yolun — dünya ulduzuna çevrilmək yolunun sadəcə başlanğıcıdır.
Mənbə: Diario del Norte (Kolumbiya)