UEFA Avropa Liqasının 2025/26 mövsümünün ilk dörddəbir final mərhələsi çərçivəsində keçirilən “Braqa” – “Betis” qarşılaşması qalibsiz başa çatıb. Portuqaliyada qeydə alınan 1:1 hesablı heç-heçə cütün taleyini cavab oyununa saxlayıb.
Matça fırtına kimi başlayan meydan sahibləri artıq 5-ci dəfədə hesabı açmağı bacarıblar. Rodriqeşin künc zərbəsindən ötürdüyü “hiyləgər” ötürməni Qrilliç dabanı ilə tamamlayaraq gecənin ən gözəl qollarından birinə imza atıb – 1:0.
“Betis” tezlikə Bartra ilə tarazlığı bərpa etsə də, qol ofsayd səbəbindən hesaba alınmadı. İlk hissənin qalan dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər fasiləyə “silahçılar”ın minimal üstünlüyü ilə yollanıblar.
Oyunun ikinci yarısı olduqca sönük keçdi. “Braqa” topa sahib olma faizində (72%) mütləq üstünlüyə malik olsa da, bu dominasiyanı kəsərli hücumlara çevirə bilmədi. Manuel Pelleqrinini yetirmələri isə əks-hücumlarda daha təhlükəli idilər. Qonaqların fəallığı 61-ci dəqiqədə bəhrəsini verdi. Kuço Ernandes penalti zərbəsinidən status-kvonu bərpa etdi – 1:1.
Avropa Liqasının yarımfinalına vəsiqə qazanacaq komandanın adına Sevilyanın “Benito Vilyamarin” stadionunda keçiriləcək cavab qarşılaşmasında aydınlıq gələcək.
“Braqa” (Portuqaliya) – “Betis” (İspaniya) 1:1
Qollar: Qrilliç, 5 – Kuço Ernandes, 61- penalti