AFFA ölkə çempionatının 1-ci liqasında komandaların sayını artırmağı planlaşdırır. Futbol qurumu hazırda 10 komandanın mübarizə apardığı 1-ci liqada iştirakçı sayının ən azı 12-i klub olmasın istəyir. Artıq PFL 2-ci liqada yarışan yaxşı infrastruktura malik klubları dəyərləndirməyə başlayıb. Komandaların təşviqi zamanı idman prinsipləri ilə yanaşı, infrastruktur məsələsi də nəzərə alınacaq.