Dubayda keçirilən IBA Dünya Boks Çempionatının yarımfinal döyüşləri başa çatıb. Rinqə çıxan üç idmançımızdan yalnız 48 kq çəki dərəcəsində çıxış edən Sübhan Məmmədov qələbə qazanıb. O, finala gedən yolda azərbaycan əsilli Gürsütan boksçusu Sahil Allahverdiyevi məğlub edib. Alfonso Dominqeslə (92 kq) Maqomed Abdullayev (+92 kq) mundialda çıxışlarını başa vurub. A.Dominqes özbəkistanlı Turabek Xabibullayevə, M.Abdullayev isə rusiyalı David Surova uduzub. Hər iki boksçumuz bürünc medalla yanaşı, 75 000 dollar qazanıb.