“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqanın 21-ci turunda “Zirə” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.
Təcrübəli mütəxəssis oyunun gedişatını belə dəyərləndirib: “Birinci hissədə kifayət qədər yaxşı oyun nümayiş etdirə bildik. Lakin əvəzləmələrdən sonra üstünlüyü bir qədər rəqibə verdik. Şükürlər olsun ki, yekunda qələbə qazanmağı bacardıq”.
Avrokuboklar uğrunda mübarizədəki əsas rəqiblərdən birinə qalib gəlmələrinə və mövsümün qalan hissəsindəki şanslarına toxunan Berdiyev, əsas diqqəti növbəti oyunlara yönəltdiklərini bildirib: “Biz turnir cədvəlinə baxmırıq. Oyundan-oyuna düşünürük və növbəti matça köklənirik. Bütün fokusumuz buna yönəlib”.