Belarus millisinin hücumçusu Vitali Lisakoviç karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər. 27 yaşlı forvardın xidmətində bir neçə Premyer Liqa klubu maraqlıdır, lakin onların adları hələlik açıqlanmır. Xatırladaq ki, Lisakoviç Sloveniyanın “Sele” klubundan ayrıldıqdan sonra bu aydan etibarən azad agent statusu daşıyır. Belaruslu hücumçunun Azərbaycan çempionatına keçib-keçməyəcəyi məsələsinin bu həftə ərzində həll olunacağı gözlənilir.
Qeyd edək ki, Lisakoviç daha əvvəl Rusiyanın “Lokomotiv” (Moskva) və “Rubin”, Xorvatiyanın “Varajdin”, eləcə də vətənində Soliqorsk “Şaxtyor”u kimi klublarda çıxış edib”.