“Sabah”ın dekabrdan bəri zədəli olan almaniyalı vingeri Coy-Lens Mikkelsin qayıdışı yenidən təxirə düşüb. Yanvarda bərpa məşqlərində təkrar zədələnən futbolçu, ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək ilk oyunu buraxmalı olacaq. Buna baxmayaraq, təcrübəli oyunçunun Premyer Liqanın növbəti turlarında “Araz-Naxçıvan” və “Qəbələ” ilə oyunlara hazır olacağı proqnozlaşdırılır.