“İnter”in müdafiəçisi Alessandro Bastoni soyğunçuların qurbanı olub. “La Gazzetta dello Sport”un məlumatına görə, Çempionlar Liqasının “Kayrat”la oyun zamanı dörd nəfərlik qrup Bastoninin evinə soxularaq bir neçə lüks əşyanı, o cümlədən bahalı saatları və dizayner çantalarını oğurlayıblar. Cəld hərəkət edən oğrulara işlərini görmək üçün bir neçə dəqiqə kifayət edib. Siqnalizasiya işə düşdükdən sonra hadisə yerinə gələn mühafizəçilər orada heç kimi tapmayıblar. “İnter”in “Kayrat”ı üzərində 2:1 hesabıyla qələbə qazandığı gğrüşdə Bastoni vaxtını ehtiyat oyunçular skamyasında keçirib.