Ölkəmizin qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Həlledici oyunda Türkiyə ilə qarşılaşan qadınlarmız 21:13 hesabıyla qələbə qazanıb. Xatırladım ki, basketbolçularmız yarımfinalda Misiri yenmişdir – 22:15.