“El Nacional” qəzetinin məlumatına görə, “Barselona” “Mançester Siti”nin hücumçusu Erlinq Holandla qeyri-rəsmi danışıqlara başlayıb. 25 yaşlı norveçlinin İspaniya nəhənginin təklifinə açıq olduğu bildirilib. “Barsa”nın prezidenti Joan Laporta Holandı gələn mövsümdə komandanın əsas fiquru və hücumda Robert Levandovskinin potensial varisi kimi görür.
Levandovski artıq 37 yaşındadır və ötən mövsümü 42 qolla başa vurmasına baxmayaraq, müqaviləsinin müddəti bitmək üzrədir. Görunən odur ki, kataloniyalılar onunla müqaviləni uzatmaqda maraqlı deyil və hücum xəttini yeniləmək üçün variantları araşdırır. “Barselona”nın bossları gözünü 16 qolla DÇ-2026-nın şeçmə turnirinin Avropa zonasının bombardiri olan Holanda dikib. Buna baxmayaraq, norveçlinin transferi çox mürəkkəb görünür. Forvardın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ildə bitəcək və illik maaşı təxminən 25 milyon avrodur. Maliyyə məhdudiyyətləri ilə mübarizə aparan “Barselona” üçün məhz bu amil əsas maneə ola bilər.
Mənbənin məlumatına görə, Laporta Holandla gizli əlaqələr saxlayır və norveçli katalonların marağını rədd etməyib, fikirlərini dinləməyə hazır olduğunu bildirib. Başqa bir mümkün amil də qeyd olunur. Deyilənə görə, Xosep Qvardiolanın “Mançester Siti”dən mümkün gedişi Holandın qərarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.