Bəhlul Mustafazadənin qolu Azərbaycan futbolunun tarixinə düşdü

22.01.26 | 19:52
Ölkə futbolu

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, “Qarabağ” klubunun müdafiəçisi Bəhlul Mustafazadənin Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına vurduğu qol Azərbaycan klublarının UEFA Çempionlar Liqasındakı yubiley — 150-ci qolu kimi tarixə düşüb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində Bakıda keçirilən qarşılaşmada Bəhlulun vurduğu bu top, həm də komandasına 3:2 hesablı qələbə qazandıran həlledici qol olub.

Bu yubiley qolu ilə Azərbaycan təmsilçilərinin turnirin həm təsnifat, həm də əsas mərhələləri daxil olmaqla keçirdiyi 116 matçdakı ümumi qol sayı 150-yə çatıb.

İndiyədək Azərbaycanı bu mötəbər turnirdə təmsil edən və qol sevincini bölüşən klubların siyahısı:

“Qarabağ” – 110 qol

“Neftçi” – 18 qol

“Bakı” – 7 qol

“Şəmkir” – 6 qol

“Kəpəz” – 4 qol

“İnter” – 3 qol

“Xəzər Lənkəran” – 2 qol

Vurulan 150 qolun 135-i təsnifat və pley-off, 15-i isə əsas mərhələlərin (qrup və liqa formatı) payına düşür.

Xatırladaq ki, Azərbaycan klublarının Çempionlar Liqasındakı ilk qolunu İmamyar Süleymanov vurub. O, 1998-ci il iyulun 22-də keçirilən LKS (Polşa) – “Kəpəz” matçında (4:1) fərqlənib.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21