“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib. O, xüsusilə futbolçuların əzmkarlığını və müdafiə xəttindəki intizamı vurğulayıb.
Abbasovun sözlərinə görə, ilk hissədə “Şamaxı” daha üstün tərəf olub. Kərim Rossi və Abdulla Rzayevin ələ düşən imkanları düzgün dəyərləndirə bilməməsi komandanın qələbə qazanmasına mane olub. Matç boyu cəmi bir əvəzetmə etməsinə aydınlıq gətirən mütəxəssis, ehtiyat oyunçular skamyasının fiziki göstəricilərinin rəqibin standart vəziyyətlərinə müqavimət göstərmək üçün yetərli olmadığını qeyd edib: “Ehtiyatda olan futbolçularımızın boyu qısadır. Rəqib isə ‘standart’larda çox güclüdür. Risk etmək istəmədik”.
Baş məşqçi qeyd edib ki, 17-ci turdakı ağır məğlubiyyətdən (0:4) sonra komanda özünə gəlib və hər bir xal hazırda onlar üçün böyük əhəmiyyət kəsb edir.