Ayxan Abbasov: “Komandamız müdafiə intizamlı oynadı”

22.02.26 | 21:45
Ölkə futbolu

Premyer Liqanın 21-ci turu çərçivəsində Qubada baş tutan “İmişli” – “Şamaxı” qarşılaşması (0:0) hər iki tərəf üçün fərqli hisslərlə yadda qalıb. Meydan sahiblərinin baş məşqçisi itirilən 2 xala görə heyfislənsə də, qonaqların çalışdırıcısı müdafiədəki stabilliyi müsbət hal kimi dəyərləndirib.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov matçdan sonra verdiyi açıqlamada komandasının intizamlı oyunundan razı qaldığını bildirib: “Oyunun çətin keçəcəyini bilirdik. Hesab edirəm ki, hər iki komanda bir xala layiq idi. Bizi sevindirən əsas məqam ardıcıl iki matçdır ki, qapımızı toxunulmaz saxlamağımızdır. Əvvəlki bir çox qarşılaşmalarda çox ‘ucuz’ qollar buraxırdıq. İndi isə bu səhvləri minimuma endirmişik və eyni ruhda davam etmək niyyətindəyik”.

Abbasov qarşıdakı təqvimə də toxunaraq, mübarizənin daha da gərginləşəcəyini vurğulayıb: “İkinci dövrənin başa çatmasına cəmi bir oyun qalıb. Bizi qarşıda kritik üçüncü dövrə və Kubok matçları gözləyir. Bu gərgin qrafikə hazır olmağa çalışacağıq”.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21