Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03
Ölkə futbolu

Premyer Liqanın XXXII turunda doğma meydanda “Turan–Tovuz”u gərgin mübarizənin sonunda 3:2 hesabı ilə məğlub edən “Şamaxı”nın baş məşqçisi Ayhan Abbasov qarşılaşmadan sonra mətbuat konfransında qatılıb.

O, mövsümün son ev oyununda qazanılan 3 xalı şərh edib və komandasının performansından razılığını ifadə edib: “Doğma azarkeşlərimiz önündə çıxdığımız mövsümün son ev oyununda xallar qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə çatdıq və meydandan qələbə ilə ayrıldıq. Ümumiyyətlə, ‘Turan–Tovuz’la oyunlarımız həmişə gərgin və maraqlı mübarizəyə səhnə olur. Səhv etmirəmsə, bu, rəqib üzərində qazandığımız ilk qələbədir. Bu tarixi qələbədə payı olan hər kəsə, xüsusən də bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.

Mövsüm boyu komandanın böyük güc sərf etdiyini vurğulayan Abbasov, yetirmələrinin fədakarlığını xüsusi qeyd edib: “Qarşıda bizi çempionatın son oyunu gözləyir. Əgər həmin matçda da xal və ya xallar qazana bilsək, mövsümü tam istədiyimiz kimi bitirmiş olacağıq. Klubdakı hər bir əməkdaşa ayrıca minnətdaram. Futbolçularım bu ağır və sıx qrafikdə heç vaxt ruhdan düşmədilər, sona qədər döyüşdülər. Çoxu öz oyununu inkişaf etdirdi və artıq böyük hədəfləri olan, iddialı klubların transfer siyahısına düşməyi bacardılar. Hər birinə uğurlar arzulayıram”.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15