Niderlandda şahmat üzrə beynəlxalq Tata Steel Challengers turniri davam edir. Yarışda Azərbaycan qrosmeysteri Aydın Süleymanlı da mübarizə aparır.
4-cü turda Süleymanlı Çin təmsilçisi Lu Miaoyi üzərində qələbə qazanıb. Hazırda aktivində 3,5 xal olan şahmatçımız turnir cədvəlinə təkbaşına başçılıq edir.
Xatırladaq ki, Aydın Süleymanlı 3-cü turda niderlandlı Eline Reberslə qarşılaşıb və həmin görüşdən də qalib ayrılıb. Dairəvi sistem üzrə keçirilən turnir 13 turdan ibarətdir və fevralın 1-də başa çatacaq və turnirin qalibi növbəti il dünyanın ən güclü qrossmeysterlərinin çıxış etdiyi “Masters” qrupuna birbaşa vəsiqə qazanacaq.