“Ayaks” baş məşqçini istefaya göndərdi

07.11.25 | 19:07
Dünya futbolu

“Ayaks” klubunun baş məşqçisi Con Heytinqa vəzifəsindən azad edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2027-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə klubun təşəbbüsü ilə ləğv edilib.

“Bu, ağrılı qərardır. Amma son aylara baxanda etiraf etməliyik ki, hər şey düşündüyümüz kimi getmədi. İrəliləyiş çox zəifdir və biz səbəbsiz yerə xallar itiririk. Bilirik ki, heyətində dəyişikliklər baş vermiş komandaya uyğunlaşmaq yeni məşqçi üçün vaxt tələb edə bilər. Biz Cona bu zamanı verdik, amma hesab edirik ki, klub üçün baş məşqçi vəzifəsinə başqa birisini təyin etmək daha yaxşıdır. Ümid edirik ki, yeni baş məşqçini tezliklə təqdim edə biləcəyik. Conun göstərdiyi səylərə görə ona təşəkkür edir və uğurlar arzulayırıq”, — deyə klubun texniki direktoru Aleks Krus mətbuat xidmətinə müsahibəsində bildirib.

Con Heytinqa 2025-ci ilin iyulunda “Ayaks”ın baş məşqçisi olmuşdu. Bu, keçmiş futbolçu üçün böyüklər komandasına rəhbərlik etdiyi ilk təcrübə idi. O, daha əvvəl Amsterdam klubunun yeniyetmə və gənclər komandalarını çalışdırmış, 2024-cü ilin iyulundan 2025-ci ilin mayına qədər isə “Liverpul”un baş məşqçisi Arne Slotun köməkçisi olmuşdu. “Ayaks” Niderland çempionatında 11 oyunda 20 xalla dördüncü yeri tutur və lider “Feyenoord”dan səkkiz xal geri qalır.

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13