UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Bununla da turnirin əsas (liqa) mərhələsinə vəsiqə qazanan 36 komandanın adı və püşkatma öncəsi səbətlərin tərkibi bəlli olub:
1-ci səbət: «Bayer » (Almaniya), «Benfika» (Portuqaliya), «Yuventus», «Milan» (hər ikisi – İtaliya), «Lion», «Marsel» (hər ikisi – Fransa), «Alkmaar» (Niderland), «Olimpiakos» (Yunanıstan), «Real Sosyedad» (İspaniya).
2-ci səbət: «Ferentsvaroş» (Macarıstan), «Viktoriya » (Plzen), «Sparta » (hər ikisi – Çexiya), «Yunion», «Anderlext» (hər ikisi – Belçika), «Dinamo» (Zaqreb, Xorvatiya), «Zaltsburq» (Avstriya), «Seltik» (Şotlandiya), «Renn» (Fransa).
3-cü səbət: «Şturm» (Qrats, Avstriya), «Lex » (Poznan), «Yagelloniya» (hər ikisi – Polşa), «Kristal Pelas», «Bornmut», «Sanderlend» (hamısı – İngiltərə), «Çele» (Sloveniya), «Omoniya» (Kipr), «Selta» (İspaniya).
4-cü səbət: «Hoffenhaym» (Almaniya), «Beşiktaş» (Türkiyə), «Torreense» (Portuqaliya), «Hapoel » (Beer-Şeva, İsrail), «Neymegen» (Niderland), OFI (Yunanıstan), «Lillestrem» (Norveç), «Levski» (Bolqarıstan), «Ararat-Armenia» (Ermənistan).
Avropa Liqasının əsas mərhələsinin püşkü bu gün Monakoda atılacaq. Mərasim saat 15:00-da başlayacaq.