Avropa Liqasında 5-ci turun oyunları keçirilib. «Fənərbaxça» öz meydanında «Ferentsvaroş»un öhdəsindən gələ bilməyib və heç-heçə ilə kifayətlənib. İstanbullular hətta ikinci yarıda Varqanın 66-cı dəqiqə qolundan sonra yenik duruma da düşüb. Lakin 3 dəqiqə sonra Taliska hesabı bərabərləşdirib.Bu tura qədər bütün oyunlarda qələbə qazanan «Midtyulland» bu dəfə «Roma»ya uduzaraq ilk pilləni «Lion»a verdi. Lider olan fransızlar «Makkabi»ni darmadağın etdi.
Avropa Liqası, Əsas Mərhələ, 5-ci tur
Aston Villa – Yanq Boyz 2:1
Viktoriya Plzen – Frayburq 0:0
Lill – Dinamo Zaqreb 4:0
Ludoqorets – Selta 3:2
PAOK – Brann 1:1
Portu – Nitsa 3:0
Roma – Midtyulland 2:1
Feyenoord – Seltik 1:3
Fənərbaxça – Ferentsvaroş 1:1
Betis – Utrext 2:1
Bolonya – Zaltsburq 4:1
Genk – Bazel 2:1
Qou Еxеd – Ştutqart 0:4
Makkabi T-Ə. – Lion 0:6
Nottingem Forest- Malmö 3:0
Panatinaikos – Şturm 2:1
Reyncers – Braqa 1:1
Srvena Zvezda – FCSB 1:0
