Çempionlar Liqasının qısa fasiləsindən sonra diqqətlər Avropa Liqasına yönəldi. İlk turun 1-ci oyun günü bir çox dramatik qarşılaşma və gözlənilməz nəticələrlə yadda qaldı.
Avstriyada keçirilən “Midtyulland” – “Şturm” matçında qapıçı səhvləri qonaqlara baha başa gəldi. Meydan sahibləri hər hissədə bir qolla qalib gəldi – 2:0.
Yunanıstanda PAOK – “Makabi” Təl-Əviv görüşündə qol vurulmadı – 0:0.
Almaniyada “Frayburq” – “Bazel” duelində tərəflər bərabər təsir bağışlasa da, meydan sahibləri daha dəqiq oynadı. Osterhagenin uzaqdan vurduğu qol və Eggeştaynın baş zərbəsi almanlara qələbə qazandırdı – 2:1.
Belqradda “Srvena Zvezda” – “Seltik” oyunu qarşılıqlı qollarla yadda qaldı. Oyuna ikinci hissədə daxil olan İheanaço şotlandları önə keçirsə də, az sonra Arnautoviç hesabı bərabərləşdirdi – 1:1.
Turun mərkəzi qarşılaşmalarından biri İspaniyada idi. “Betis” – “Nottingem Forest” oyununda Antoni məhsuldar ötürmə və qol ilə yadda qaldı. Qonaqlar isə Iqor Jezusun dublu ilə üstünlüyü ələ keçirsə də, sonda “Betis” hesabı bərabərləşdirdi – 2:2.
Zaqrebdə sürpriz nəticə qeydə alındı. “Dinamo” – “Fənərbaxça” oyununda türklər çoxsaylı səhvlər fonunda məğlub oldu – 3:1. “Fənər” yalnız Şimanskinin uzaqdan vurduğu qol ilə təsəlli tapa bildi. Maraqlıdır ki, İstanbul təmsilçisində 7 il əvvəl sabiq prezident Ali Koçun Avropa macərası “Dinamo Zaqreb”ə qarşı acı məğlubiyyətlə başlamışdı (1:4). Ötən həftə yeni prezident seçilən Sadettin Saran da eynilə Zaqrebdə ilk Avropa oyununda fiasko yaşadı.
Fransada “Nitsa” – “Roma” görüşündə qonaqlar inamlı təsir bağışladı. Romanın hər iki qolunu müdafiəçilər vurdu. Meydan sahibləri yalnız penaltidən fərqi azaltmağı bacardı – 1:2.
İsveçdə “Malmö” – “Ludogorets” oyununda meydan sahibləri erkən penalti ilə hesabda geri düşdü, daha sonra isə bolqarlar fərqi 2-yə çatdırdı. İsveç təmsilçisinin ikinci hissədəki qolu məğlubiyyətdən xilas etmədi – 1:2.
Portuqaliyada isə “Braqa” – “Feyenoord” qarşılaşmasında sürpriz yaşandı. Erediviziyada hazırda lider olan Robin van Persinin yetirmələri bu oyun zəif təsir bağışladılar. Yerli çempionatda işləri heç də yaxşı getməyən “Braqa” isə gözəl əks-hücumu Fran Navarronun dəqiq zərbəsi ilə məntiqi sonluğa çatdırdı və oyunun nəticəsini müəyyənləşdirdi – 1:0.
Avropa Liqası, I tur
Midtyulland – Şturm 2:0
Kristens, 7-öz qapısına; Diao, 89.
PAOK – Makkabi TƏ 0:0
Srvena Zvezda – Seltik 1:1
Arnautoviç, 65 – İxenaço, 55
Braqa – Feyenoord 1:0
Navarro, 79
Nitsa – Roma 1:2
Moffi, 77 – N`Dika, 52; C. Mançini, 55
Betis – Nottingem 2:2
Bakambu, 15. Antoni, 87 – Jezus, 18; 23
Dinamo Z – Fənərbaxça 3:1
Dion Belo, 21; 51. Bakar, 90 – Şimanski, 25
Malmö – Ludoqorets 1:2
Yonsen, 78 – Staniç, 8. Erik Bile, 23
Frayburq – Bazel 2:1
Osterhage, 31. Eggenştayn, 57 – Otele, 84
Bu gün keçiriləcək 9 oyunla birinci tura yekun vurulacaq.
25 sentyabr 20:45 Qou Еxеd – Styaua
25 sentyabr 20:45 Lill – Brann
25 sentyabr 23:00 Aston Villa – Bolonya CBC Sport
25 sentyabr 23:00 Zaltsburq – Portu
25 sentyabr 23:00 Reyncers – Genk
25 sentyabr 23:00 Utrext – Lion TRT Spor
25 sentyabr 23:00 Ferentsvaroş – Viktoriya P
25 sentyabr 23:00 Ştutqart – Selta İctimai TV
25 sentyabr 23:00 Yanq Boyz – Panatinaikos