Autsayderlər sülhə razı oldu

28.02.26 | 18:44
Ölkə futbolu

Premyer Liqasının növbəti turunda “Qəbələ” doğma meydanda autsayder “Karvan-Yevlax”ı qəbul edib. Hər iki komandanın turnir cədvəlindəki vəziyyəti bu qarşılaşmanı prinsipial etsə də, 90 dəqiqənin sonunda qalib müəyyənləşməyib. Oyunun 26-cı dəqiqəsində qonaqlar İmani Barkerin qolu ilə hesabı açaraq “Qəbələ”ni şoka salıblar. Meydan sahibləri bu qola cəmi 10 dəqiqə sonra reaksiya verə biliblər. 36-cı dəqiqədə təyin olunan penaltini Seydina Keyta dəqiq yerinə yetirərək tarazlığı bərpa edib.

Kaxaber Sxadadzenin yetirmələri son 5 oyunda cəmi 2 xal qazanaraq uğursuz seriya keçirirdilər. Cədvəlin sonuncusu olan “Karvan-Yevlax”la oyun bu seriyanı qırmaq üçün əla fürsət olsa da, “qırmızı-qaralar” qələbə topunu vura bilməyiblər.

Yevlax təmsilçisi dekabr ayından bəri ilk xalını qazansa da, Füzuli Məmmədovun komandası hələ də avqust ayından bəri qələbə üzünə həsrətdir. “Qəbələ” isə bu bərabərliklə azarkeşlərini növbəti dəfə məyus edib və xal itkilərini davam etdirib.

QƏBƏLƏ – KARVAN-YEVLAX 1:1 (1:1)

Qollar: İmani Barker, 26 (0:1); Seydina Keyta, 36-pen. (1:1)

Baş hakim: Kamal Umudlu.

“Qəbələ”: Sallahat Ağayev, Murad Musayev (k), Turan Manafov, Eşqin Əhmədov, Seydina Keyta, Adriel Ba Lua (Şahin Şahniyarov, 67), Xayme Syerra, Sambu Sissoko (İsmahil Akinade, 33), Prins Ovusu, Domi Massumo, İsaak Amoa.

“Karvan Yevlax”: Pedro Mateuş, Vadim Abdullayev, Rauf Rüstəmli (İbrahim Qədirzadə, 90+2), Elvin Yunuszadə (k), Emin Rüstəmov, Coy-Sleyd Mikkels (Samir Abdullayev, 90+1), Şakil Sno (Vüsal Məsimov, 90+1), Kayl Spens (Piter Kinqs, 86), Moyze Ngvisani, Qavi Tompson (Uğur Cahangirov, 74), İmani Barker.Sarı vərəqələr: Mateuş, 35. Tompson, 45. Rüstəmov, 45+1.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21