Arne Slot “Liverpul”un son durumu barədə

27.11.25 | 17:58
Dünya futbolu

“Qarabağ”ın rəqibi böhrandan çıxış yolu axtarır

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Liverpul” evdə PSV böyük hesabla uduzmaqla tərəfdarlarına şok yaşatdı. “Liverpul”un baş məşqçisi Arne Slot oyundan sonra Echo portalına açıqlamasında məğlubiyyətin hər kəs üçün gözlənilməz olduğunu və indi onu özündən çox komandanın gələcəyi düşündürdüyünü deyib: “Gələcəyim barədə düşünürəmmi? İndi bu, əsas sualdır və bunu normal sayıram. Dünyada istənilən məşqçi, özü də bizim uduzduğumuz qədər uduzsa, təbii ki, belə sualla qarşlaşacaq. Son 12 matçın doqquzunda məğlubiyyət? Təkcə mən və oyunçularım yox, hər kəs, buradakı jurnalistlər üçün də bu bir şokdur. Komandamızın keyfiyyətini nəzərə alsaq, bu məğlubiyyətlər çox gözlənilməzdir. Ancaq klubdakı gələcəyimə görə narahat deyiləm və indi diqqətim özümə yox, başqa şeylərə yönəlib. Oyunun təhlilinə və futbolçulara bacardığım qədər kömək etməyə. Aydındır ki, indi bunu ötən mövsümdəki kimi yaxşı etmirəm. Daha yaxşı işləməyə və komandanın inkişaf etməsi üçün bunu hər gün etməyə çalışıram.  Bəli, klub rəhbərliyi ilə danışıram, amma onların hər dəqiqə mənə zəng etməsinin mənasında yox. Oyunu qazananda və ya uduzanda onlarla söhbətlərimiz olur və bu danışıqlar zamanı etimad hiss edirəm. Amma bu oyundan sonra hələ onlarla danışmamışam, ona görə gözləyək, görək bundan sonra necə olacaq”.

Arne Slot “Liverpul”a 2024-cü ilin yayında gəlib. Yurgen Kloppu əvəzləyən 47 yaşlı hollandiyalı mütəxəssis ilk mövsümündə Premyer Liqanı qazanıb.

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00