Avstriya yığmasının hücumçu Marko Arnautoviç müntəzəm olaraq həyat yoldaşının təzyiqinə məruz qaldığını bildirib. Xanımı daim ondan karyerasını bitirməsini tələb edir. Arnautoviç hələlik həyat yoldaşının təzyiqlərinə duruş gətirə bildiyin deyib: “İllərdir xanımım məni karyeramı bitirməyə inandırmağa çalışır, ancaq özüm-özümə deyirəm “gücüm çatdığı qədər oynayacağam”.
Xatırladaq ki, Avstriya yığması bu günlərdə XXI əsrdə ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilib. Bu uğurda hazırda Serbiya “Srvena Zvezda”sında oynayan Arnautoviç böyük pay sahibi olub.