“Qarabağ” “Araz-Naxçıvan”ı yenə darmadağın etdi

08.03.26 | 19:55
Ölkə futbolu

Premyer Liqasının növbəti turu çərçivəsində “Qarabağ” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Buna qədər artıq iki dəfə rəqibinə böyük hesabla uduzan Naxçıvan klubu hər iki oyunda qapısında 5 qol görmüşdü. Belə bir vəziyyətdə “Araz”dan tək gözlənilən “Qarabağ”a heç olmasa bu dəfə müqavimət göstərmək idi. Lakin bu dəfə daha da betər oldu. Qarşılaşma “Köhlən atlar”ın tam üstünlüyü ilə keçdi və meydan sahiblərinin 6:0 hesablı darmadağını ilə başa çatdı. “Araz-Naxçıvan” o qədər aciz və məzmunsuz oynadı ki, “Qarabağ” ikirəqəmli hesabla da qələbə qazana bilərdi.
Hesab 15-ci dəqiqədə Coni Montielin penaltini dəqiq yerinə yetirməsi ilə açıldı. Daha sonra səhnəyə çıxan Leandro Andrade 33 və 36-cı dəqiqələrdə ard-arda vurduğu iki qolla dublunu rəsmiləşdirdi və komandasını fasiləyə böyük üstünlüklə yola saldı.
“Qarabağ”ın hücumları fasilədən sonra da davam etdi. 64-cü dəqiqədə Kamilo Duran penalti zərbəsini qola çevirərək hesabı 4:0 etdi. Oyunun sonlarına yaxın, 83-cü dəqiqədə meydana sonradan daxil olan Musa Qurbanlı fərqləndi. Matçda son nöqtəni isə 90-cı dəqiqədə dublunu tamamlayan Kamilo Duran qoydu.

Mövsümün əvvəlində kifayət qədər potensiallı görünən “Araz-Naxçıvan”ın bu dərəcədə acınacaqlı duruma düşməsi ciddi suallar doğurur. Ötən ilin sonunda vəziyyət o qədər də pis olmadığl halda Elmar Baxşıyevi qovaraq yerinə Andrey Demçenkonu gətirən klub deyəsən problemi yanlış yerdə axtarıb. Hər halda Avropada sensasiya ilə mövsümə başlayan və potensiallı heyət toplayan bir komanda təkcə “Qarabağ”dan 16 qol buraxırsa, çətin ki, yuxarı pillələrə layiq olsun.

QARABAĞ – ARAZ-NAXÇIVAN – 6:0 (3:0)

Qollar: Montiel, 15-pen. (1:0). Andrade, 33 (2:0). Andrade, 36 (3:0). Duran, 64-pen. (4:0). Qurbanlı, 83 (5:0). Duran, 90 (6:0)

Baş hakim: Rəşad Əhmədov.

Qarabağ: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev (Toral Bayramov, 80), Abdulla Zubir (Marko Yankoviç, 72), Kevin Medina, Coni Montiel, Dani Kintana (Abbas Hüseynov, 80), Leandro Andrade (Ramil Şeydayev, 80), Pedro Bikalyo, Emmanuel Addai (Musa Qurbanlı, 72), Kamilo Duran.

Araz-Naxçıvan: Kristian Avram, Bəxtiyar Həsənalızadə (k), Slavik Alxasov (Bruno Franko, 55), Coşqun Diniyev, Rahil Məmmədov, Ba-Muaka Simakala (Ülvi İsgəndərov, 67), Patrik Andrade, Hamidu Keyta (Issuf Paro, 55), Nuno Rodriqeş, Felipe Santos, Bar Koen (Mustafa Əhmədzadə, 38).

Sarı vərəqələr: Əhmədzadə, 42. Paro, 62.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21