Avrokuboklarda çıxış edən klublarımızın oyunlarını idarə edəcək hakimlər məlum olub. UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Araz-Naxçıvan”la Kiprin “Omoniya” komandası arasında Bakıdakı görüşü çexiyalı referi Ondrey Berka idarə edəcək. 37 yaşlı baş hakimə İvo Nadvornik və Yan Vana kömək edəcək.
Berka 2016-cı ilin aprelindən Çexiya çempionatı və kubok oyunlarını idarə etməyə başlayıb və bu günə qədər 150-dən çox oyunda fit səsləndirib. beynəlxalq hakimlik karyerasına isə 2021-ci ildən başlayıb.
Maraqlıdır ki, Berka üçün “Dalğa Arena” stadionu tanışdır. O, 2023-cü ilin iyununda İvo Nadvorniklə birlikdə Azərbaycan-Estoniya AVRO-2024 seçmə mərhələsinin oyununu (1:1) idarə edib.
Son illərin statistikasını nəzərə alsaq, Berka hər oyuna orta hesabla 3.8 sarı vərəqə göstərir. Onun Avropa kubok oyunlarında vərəqə göstərmə faizi nisbətən yüksəkdir. Konfrans Liqası oyunlarında orta hesabla hər oyuna 4.5 dəfə sarı vərəqəyə əl atır. Bu da ümumən ortq göstəricidir.
Qeyd eeək ki, oyun avqustun 7-də “Dalğa Arena”da, saat 20:00-da başlayacaq.