“Araz-Naxçıvan” Elmar Baxşıyevin istefaya göndərilməsindən sonra yeni baş məşqçi ilə razılığa gəlib.
Məlumata görə, komandanın yeni baş məşqçisi Andrey Demçenko olacaq. Ukraynalı mütəxəssis yanvar ayının ilk günlərində komandaya qoşulacaq. 49 yaşlı çalışdırıcı ilə müqavilə 2026/27 mövsümünün sonunadək nəzərdə tutulub.
Demçenkonun son iş yeri Qazaxıstanın “Jenıs” (Astana) klubu olub.