Xəbər verdiyimiz kimi “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliya “Benfika”sı ilə qarşılaşacaq. Bu cütün ilk oyunu noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab oyunu isə dekabrın 5-də Lissabonun “Pavilhau Fidelidade” arenasında baş tutacaq və Bakı vaxtı ilə saat 21:30-da start başlayacaq.