Futzal üzrə Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanan “Araz-Naxçıvan”ın rəqibi məlum olub. Yevgeni Kukseviçin yetirmələri bu mərhələdə Portuqaliyanın “Benfika” komandasıyla qarşılaşacaq. İlk oyun noyabrın 24-də Bakıda, cavab görüşü isə dekabr 5-də Lissabonda keçiriləcək. Bu cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq Lissabon (Portuqaliya) matçının qalibi ilə qarşılaşacaq.