Ançelottinin qərarı Neymarı sarsıtdı

17.03.26 | 16:34
Dünya futbolu

Braziliya futbolunun ulduzu Neymar, Fransa və Xorvatiya ilə keçiriləcək yoldaşlıq oyunları üçün milliyə dəvət almamasına sərt reaksiya verib. Təcrübəli hücumçu yaranmış vəziyyəti “kədərli və məyusedici” adlandıraraq, qərardan narazılığını gizlətməyib.

Braziliya yığmasının sükanı arxasında olan Karlo Ançelotti ulduz futbolçunun heyətə daxil edilməməsini onun hazırkı fiziki durumu ilə əlaqələndirib. İtaliyalı mütəxəssis Neymarın hələ tam bərpa olunmadığını vurğulayıb: “Neymar hazırda 100 faiz hazır deyil. Əvvəlki formasına qayıtması üçün mütəmadi oyun praktikasına ehtiyacı var”.

Açıqlanan 25 nəfərlik geniş heyətdə Alisson, Ederson, Markinyos, Kazemiro və Vinisius Junior kimi ulduzlarla yanaşı, Qabriel Sara kimi diqqətçəkən adlar yer alıb. Lakin bütün diqqətlər siyahıdan kənarda qalan Neymarın üzərində cəmlənib.

Hazırda formasını bərpa etməyə çalışan futbolçu məyus olsa da, ruhdan düşmədiyini bildirib. O, əsas diqqətini məşqlərə yönəltdiyini və növbəti çağırışda mütləq milli komandada yer alacağını qeyd edib: “Heyətdə olmadığım üçün kədərliyəm, amma işimə davam edirəm. Məqsədimizə birlikdə çatacağıq”.

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13