Alonso istefa ərəfəsində, “Real” çətin durumda

09.12.25 | 00:11
Dünya futbolu

Evdə “Selta”ya gözləniməz məğlubiyyətdən (0:2) sonra “Real”ın baş məşqçisi Xabi Alonsonun istefa məsələsi yenidən gündəmə gəlib.

EL MUNDO-nun məlumatına görə klub rəhbərliyi hazırda baş məşqçi postuna Zinəddin Zidanla Jurgen Klopun mamizədliyini nəzərdən keçirir. Adları çəkilənlərin məşqçilik işinə dönmək istəklərinin olub-olmaması hələlik bəlli deyil.

Deyilənə görə, çərşənbə günü Çempionlar Liqasında “Mançester Siti”yə uduzsa, ispan məşqçi istefaya göndəriləcək. Bununla bağlı Alonso belə deyib: “Siti”yə uduzsaq, işdən çıxarılacam? Məqsədimiz üç xal qazanmaqdır, vacib olan budur və bunu düşünürük. Daha yaxşı oynaya biləcəyimizi sübut etməliyik. Vəziyyəti dəyişə bilərəmmi? Əlbəttə. Buna birlikdə nail ola bilərik”.

İspaniyanın nüfuzlu “Marca” nəşri isə Alonso ilə oyunçular arasında etibarını itirdiyini yazıb. Üstəlik, hazırkı vəziyyətdə rəhbərlik məşqçidən daha çox oyunçuları dəstəkləyir və “El Klasiko”dan sonra hər şey dağılmağa başlayıb.

Həmin axşam “Real” yalnız “Selta”ya məğlubiyyətlə kifayətlənmədi, üstəlik bir çox oyunçusunu itirdi. Braziliyalı Eder Militao 24-cü dəqiqədə zədə üzündən meydanı tərk etdi. Fran Qarsiya və Alvaro Karreras isə fasilədən sonra meydandan qovuldular. Beləliklə, komanda yenidən müdafiə xəttində ciddi problemlə üzləşdi. “The Touchline” qəzetinin məlumatına görə, səkkiz müdafiəçi La Liqanın “Alaves”lə növbəti matçını buraxamalı olacaq. Yuxarıda adı çəkilən üç oyunçudan başqa, Din Heysen, Trent Aleksandr-Arnold, Dani Karvaxal, David Alaba və Ferland Mendi də meydana çıxmayacaq.

Yeri gəlmişkən, oyunun 54-cü dəqiqəsində Raul Asensionu əvəzləyən 24 yaşlı Rodriqo yenə meydanı qol vurmadan tərk etdi. Bununla da braziliyalı forvardın qolsuz seriyası 32 oyun çatdı. Bu, klubun hücumçusu üçün mütləq rekorddur. Əvvəllər ən uzun qolsuz seriya 30 oyunda fərqlənə bilməyən  Mariano Diaza məxsus idi.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21