“Fənərbaxça”nın yarımmüdafiəçisi Kerem Aktürkoğlunun qollarını Harri Potterin stilındə qeyd etməsi ona problem yaradıb. Belə ki, oyunçu qollarını çubuq dalğasını təqlid etməklə qeyd edir. Habertürkün məlumatına görə, film və teleserialların istehsalıçısı olan Warner Bros şirkəti türk futbolçunu məhkəməyə verib. Şirkətin iddiasına görə Kerem icazəsiz olamadan Harri Potter obrazından istifadə edir.
İddia İstanbul Mülki Məhkəməsində qaldırılıb və işə Aktürkoğlunun sosial media hesablarındakı materiallar əlavə olunub. Warner Bros-un təmsilçiləri “Harri Potter”, “Hoqvarts” və “Qriffindor” kimi bir çox terminin Türkiyə Patent və Ticarət Nişanları İdarəsində qeydiyyatdan keçdiyini bildiriblər. Şirkət bu ticarət nişanlarının yalnız kitab və filmlərlə məhdudlaşmdığını və onların yüksək kommersiya dəyəri olduğunu vurğulayıb.
İddiada Aktürkoğlunun paylaşmalarında bu ticarət nişanlarına birbaşa istinad etdiyi göstərilib. Warner Bros-un iddiasına görə, Aktürkoğlu şəkillərdən icazəsiz istifadə etməklə müəllif hüquqlarını pozub. Şirkət məhkəmədən oyunçunun İnstaqram və Twitter paylaşmalarının araşdırılmasını istəyib.