AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48
Ölkə futbolu

AFFA prezidenti Rövşən Nəcəf media nümayəndələri üçün geniş mətbuat konfransı keçirib. Azərbaycan futbolunun gələcək strategiyası, infrastruktur problemləri, hakimlik və maliyyə şəffaflığı kimi bir çox aktual mövzuya toxunan assosiasiya rəhbəri, həm də azarkeş kimi gözləntilərini bölüşüb.

Son vaxtlar artan hakim narazılıqlarına toxunan Rövşən Nəcəf, referilərin prinsipial mövqe nümayiş etdirməli olduğunu vurğulayıb: “Əgər hakim hər narazılıqda mövqeyini dəyişsə, futbol xaos halına gələr. Hakimlərin təzyiq altında qərar dəyişməməsi məni sevindirir. Səhvlər varmı? Bəli, var. Amma hədəfimiz bu səhvləri minimuma endirməkdir. Hakimlik sistemində islahatlar aparılır və bu, bizim əsas prioritetlərimizdən biridir”.

Azərbaycan futbolunun ən böyük probleminin infrastruktur olduğunu etiraf edən AFFA prezidenti, çıxış yolunu həm də özəl sektorda görür: “İnfrastruktur bizim ən ağrılı yerimizdir. Bütün problemləri qısa zamanda həll etmək mümkün deyil. Biz klubların özəl sponsorlar cəlb etməsini stimullaşdırırıq. Stadionlara sponsor adlarının verilməsi və həmin vəsaitin birbaşa infrastrukturun yenilənməsinə yönəldilməsi real variantlardan biridir”.

O, həmçinin Premyer Liqada çıxış edən klublara qarşı tələblərin sərtləşdiriləcəyini, hər bir klubun öz stadionunda oynamasının vacibliyini qeyd edib.

İcraiyyə Komitəsinin (İK) fəaliyyəti və Qurban Qurbanovun iclaslarda az görünməsi ilə bağlı sualları cavablandıran Nəcəf bildirib ki, daimi təmas mövcuddur: “Qurban müəllim oyun qrafiki imkan verdiyi dərəcədə iclaslarda iştirak edir. Lakin biz rəsmi görüşlər olmadan da daim əlaqədəyik. Onun uşaq futbolu və futbolun ümumi inkişafı ilə bağlı dəyərli fikirləri bizim üçün önəmlidir. İK-da bütün fikirlər açıq şəkildə müzakirə olunur”.

Rövşən Nəcəf bir azarkeş kimi ən böyük arzusunu da dilə gətirib: “Mən o gün tam razı qalacağam ki, millimiz Dünya Çempionatının final mərhələsində oynasın. İnanıram ki, nə vaxtsa bu, baş verəcək. Azarkeş üçün əsas olan komandanın ruhu və mübarizə əzmidir”.

Ötən mövsüm ləğv edilən legioner limiti barədə danışan prezident, statistikanın müsbət olduğunu deyib: “Limit ləğv edildikdən sonra yerli oyunçuların meydanda qalma müddəti 13-14% azalsa da, rəqabət və oyun keyfiyyəti artıb. Klublarımızın beynəlxalq arenadakı uğurları da bunu təsdiqləyir”.

Klublara uşaq futbolu üçün ayrılan vəsaitlərin xərclənməsinə gəlincə, Rövşən Nəcəf ciddi nəzarət mexanizminin olduğunu və hər hansı yeyinti barədə məlumatı olanların federasiyaya müraciət etməsini xahiş edib: “Şəffaflıq bizim üçün qırmızı xətdir”.

Mətbuatın İcraiyyə Komitəsinin işindən məlumatsız olması iradını qəbul edən AFFA rəhbəri, jurnalistlərlə daha sıx ünsiyyət vəd edib: “Gələcəkdə media ilə qapalı görüşlər keçirmək, yeni nəsil idman jurnalistlərinin yetişdirilməsi və futbolun təbliği yollarını birlikdə müzakirə etmək niyyətindəyik”.

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13