UEFA 2024/2025-ci illər mövsümü üzrə maliyyə hesabatını dərc edib. Qurumun rəsmi saytına istinadən xəbər verilir ki, ötən mövsüm ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) ümumilikdə 11 milyon 54 min avro vəsait ayrılıb.
Vəsaitlərin təyinatı üzrə bölgüsü aşağıdakı kimidir:
1. Azərbaycan yığmasına görə illik həmrəylik ödənişi qismində 2 milyon 980 min avro köçürülüb.
2. Yüksək divizionda çıxış edən, lakin avrokubokların əsas mərhələlərinə vəsiqə qazana bilməyən klublara dəstək proqramı çərçivəsində 4 milyon 802 min avro ödənilib.
3. Avropa Liqası (1 milyon 37 min avro) və Konfrans Liqasında (2 milyon 185 min avro) iştirakını erkən başa vuran klublara görə ümumilikdə 3 milyon 222 min avro ayrılıb.
4. Qadınlar arasında Çempionlar Liqasında iştirak etməyən klublar üçün nəzərdə tutulan həmrəylik ödənişi isə 50 min avro təşkil edib.
Xatırladaq ki, qaydalara əsasən, həmrəylik ödənişləri avrokubokların ümumi mərhələlərindən kənarda qalan yüksək divizion klubları arasında bərabər şəkildə bölüşdürülür.