AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12
Ölkə futbolu

Ölkənin futbol klublarının beynəlxalq arenada qazandığı vəsaitlər və ölkə daxili futbolun inkişafına ayrılan büdcənin detalları açıqlanıb. Rəqəmlər həm klublarımızın Avropa uğurlarının maliyyə göstəricilərini, həm də dövlət və federasiya səviyyəsində futbolun müxtəlif sahələrinə yönəldilən investisiyaları əks etdirir.

Açıqlanan rəsmi rəqəmlərə əsasən, UEFA-a ölkəmizin 10 klubuna ümumilikdə 73 386 489,406 manat vəsait ödəyib. Bu məbləğin əsas hissəsi gözlənildiyi kimi, ölkəmizi Avrokuboklarda uğurla təmsil edən Ağdam təmsilçisinin payına düşüb.

Klublar üzrə    UEFA ödənişlərinin reytinqi

Klub             Məbləğ (manat)

Qarabağ”        61 123 325

Sabah          3 027 845,14

ArazNaxçıvan  2 480 415,84

Zirə”           2 070 729,14

Neftçi         1 023 094,62

Digər klublar (cəmi) 3 661 079,66

Siyahıda “Səbail”, “Turan-Tovuz” və “Kəpəz” hər biri 706 895,84 manat alaraq eyni pillədə qərarlaşıb. Siyahının sonunda isə “Qəbələ” (427 340,84) və “Şamaxı” (279 555,30) yer alıb.

Futbolun inkişafına 78 milyonluq nəhəng büdcə

2024/25 və 2025/26 mövsümlərini əhatə edən inkişaf planına əsasən, hər mövsüm üçün 39 000 000 manat olmaqla, ümumilikdə 78 000 000 manat vəsait ayrılıb. Bu məbləğ futbolun strukturunu gücləndirmək üçün müxtəlif istiqamətlərə bölünüb:

Misli Premyer Liqası: Hər mövsüm üçün 30 000 000 AZN.

I Liqa: 3 000 000 AZN.

Milli komandaların təminatı: 3 000 000 AZN.

Region Liqasının təşkili: 1 000 000 AZN.

VAR layihəsinin tətbiqi: 1 000 000 AZN.

II Liqa: 700 000 AZN.

Kadr hazırlığı (AFFA nəzdində): 300 000 AZN.

Premyer Liqa klublarının maliyyələşmə meyarları

Klublara ayrılan vəsaitlər konkret meyarlar əsasında paylanılır ki, bu da idarəetmədə şəffaflığı və inkişafı təşviq edir. 2024/25 mövsümündə hər klub 3 000 000 AZN, 2025/26 mövsümündə isə (komanda sayının artması ilə əlaqədar) hər klub 2 500 000 AZN əldə edəcək.

Vəsaitlərin təyinatı üzrə bölgüsü:

Lisenziya öhdəlikləri: 1 600 000 AZN

Uşaq futbolunun inkişafı: 500 000 AZN

İnfrastruktur layihələri: 850 000 AZN (24/25) / 350 000 AZN (25/26)

Qadın futbolunun inkişafı: 50 000 AZN

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21