Ölkənin futbol klublarının beynəlxalq arenada qazandığı vəsaitlər və ölkə daxili futbolun inkişafına ayrılan büdcənin detalları açıqlanıb. Rəqəmlər həm klublarımızın Avropa uğurlarının maliyyə göstəricilərini, həm də dövlət və federasiya səviyyəsində futbolun müxtəlif sahələrinə yönəldilən investisiyaları əks etdirir.
Açıqlanan rəsmi rəqəmlərə əsasən, UEFA-a ölkəmizin 10 klubuna ümumilikdə 73 386 489,406 manat vəsait ödəyib. Bu məbləğin əsas hissəsi gözlənildiyi kimi, ölkəmizi Avrokuboklarda uğurla təmsil edən Ağdam təmsilçisinin payına düşüb.
Klublar üzrə UEFA ödənişlərinin reytinqi
Klub Məbləğ (manat)
“Qarabağ” 61 123 325
“Sabah“ 3 027 845,14
“Araz–Naxçıvan“ 2 480 415,84
“Zirə” 2 070 729,14
“Neftçi“ 1 023 094,62
Digər klublar (cəmi) 3 661 079,66
Siyahıda “Səbail”, “Turan-Tovuz” və “Kəpəz” hər biri 706 895,84 manat alaraq eyni pillədə qərarlaşıb. Siyahının sonunda isə “Qəbələ” (427 340,84) və “Şamaxı” (279 555,30) yer alıb.
Futbolun inkişafına 78 milyonluq nəhəng büdcə
2024/25 və 2025/26 mövsümlərini əhatə edən inkişaf planına əsasən, hər mövsüm üçün 39 000 000 manat olmaqla, ümumilikdə 78 000 000 manat vəsait ayrılıb. Bu məbləğ futbolun strukturunu gücləndirmək üçün müxtəlif istiqamətlərə bölünüb:
Misli Premyer Liqası: Hər mövsüm üçün 30 000 000 AZN.
I Liqa: 3 000 000 AZN.
Milli komandaların təminatı: 3 000 000 AZN.
Region Liqasının təşkili: 1 000 000 AZN.
VAR layihəsinin tətbiqi: 1 000 000 AZN.
II Liqa: 700 000 AZN.
Kadr hazırlığı (AFFA nəzdində): 300 000 AZN.
Premyer Liqa klublarının maliyyələşmə meyarları
Klublara ayrılan vəsaitlər konkret meyarlar əsasında paylanılır ki, bu da idarəetmədə şəffaflığı və inkişafı təşviq edir. 2024/25 mövsümündə hər klub 3 000 000 AZN, 2025/26 mövsümündə isə (komanda sayının artması ilə əlaqədar) hər klub 2 500 000 AZN əldə edəcək.
Vəsaitlərin təyinatı üzrə bölgüsü:
Lisenziya öhdəlikləri: 1 600 000 AZN
Uşaq futbolunun inkişafı: 500 000 AZN
İnfrastruktur layihələri: 850 000 AZN (24/25) / 350 000 AZN (25/26)
Qadın futbolunun inkişafı: 50 000 AZN