AFFA-dan “Qəbələ” və “Kəpəz”ə böyük cərimə

26.12.25 | 19:12
Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasın qərarlarına əsasən, Premyer Liqanın 16-cı turu və aşağı liqalarda baş verən qayda pozuntularına görə klublara qarşı sərt maliyyə sanksiyaları tətbiq olunub.

Ən böyük cərimə və sanksiya “Qəbələ” klubuna kəsilib. Baş məşqçi Kaxaber Tsxadadze “Qarabağ”la matçda hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya olunub, klub isə bu hərəkətə görə 10 000 manat cərimələnib. Bundan əlavə, futbolçuların sarı vərəqə limitini aşması “radarlar”a daha 700 manata başa gəlib.

“Kəpəz”: Azarkeşlərin hakimləri kütləvi şəkildə təhqir etməsinə görə 7 000 manat, oyundan sonra meydana kənar şəxslərin daxil olmasına görə isə 2 500 manat (cəmi 9 500 AZN).

“Karvan-Yevlax”: Meydana kənar şəxslərin daxil olması (mövsümdə ikinci hal) üçün 5 000 manat, çoxsaylı sarı vərəqələr üçün isə 700 manat cərimə kəsilib.

“Qarabağ”: Azarkeşlərin pirotexnikadan istifadə etməsinə görə klub 5 000 manat ödəməli olacaq.

“Neftçi”: Azarkeşlərin sahəyə kənar əşyalar atması səbəbindən klub 4 000 manat cərimələnib. Həmçinin, paytaxt təmsilçisi “Karvan-Yevlax”ın avtobusuna dəymiş ziyanı ödəməyə borclu edilib.

“Araz-Naxçıvan”: Təcili yardım maşınının stadiona gecikməsi üzündən klub 2 000 manat cərimələnib.

“Sumqayıt”: Futbolçuların vərəqə limitini aşması klubun büdcəsini 700 manat azaldıb.

İntizam Komitəsi tərəfindən 1-ci və 2-ci Liqa klubları da diqqətdən kənarda qalmayıb. 1-ci liqa klubları 12-ci turun oyunlarındakı pozuntularına görə ümumilikdə 1 980 manat cərimə tətbiq edilib.

2-ci liqa klublarına isə 14-cü turun oyunlarında qeydə alınan qayda pozuntuları üçün ümumilikdə 1 690 manat cərimə kəsilib.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03