“Qəbələ”yə böyük hesabla məğlub olan “Kəpəz”in baş məşqçisi Adil Şükürov oyundan sonra açıqlamasında futbolçularla ortaq məxrəcə gələ bilmədiyini etiraf edib.
“İlk növbədə “Qəbələ” komandasını təbrik edirəm. Əllərinə düşən imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq istədiklərimizi edə bilmirik. Bunun səbəblərini axtardıq, futbolçularla danışdıq. Oyunçularla bir çox məsələlərdə ortaq məxrəcə gələ bilmirik. Məşqdə gördüklərimizi oyunda görə bilmirik. Görünən odur ki, tam olaraq istədiklərimizi meydanda həyata keçirə bilmirik. Bu da bütün oyunlarda məğlub olmağımızla nəticələnir”.
Oyundan sonra azarkeşlərlə gərginlik yaşayan Şükürov “tərbiyəsizlik etdilər, cavablarını verdim” deyib. Şükürov istefaya gedəcəyini istisna etməyib.