Dünya Çempionatına doğru son addım: Finalçılar bəlli oldu

27.03.26 | 13:18
Dünya futbolu

Dünən gecə futbol üzrə 2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal qarşılaşmaları keçirilib. Dörd müxtəlif yolda (“A”, “B”, “C” və “D”) baş tutan oyunlar gözlənilən və gözlənilməz nəticələrlə yadda qalıb.

A yolu: İtaliya inamlıdır, Uels penaltilərdə uduzdu

İtaliya millisi Berqamoda Şimali İrlandiyanı qəbul edib. “Skuadra Adzurra” Tonali və Kinin qolları ilə qələbəni təmin edərək finala yüksəlib. Digər qarşılaşmada isə Uels doğma meydanda Bosniya və Herseqovinanın müqavimətini qıra bilməyib. Penaltilər seriyasında daha dəqiq oynayan bosniyalılar həlledici matça vəsiqə qazanıblar.

İtaliya – Şimali İrlandiya 2:0

Tonali 56, Kin 78

Uels – Bosniya və Herseqovina 1:1pen.-2:4

Ceyms 51; Ceko 86

Final: İtaliya – Bosniya və Herseqovina

B yolu: Dyökereşin het-triki və Polşanın əzmkarlığı

Ukrayna millisi İspaniyada keçirilən “ev” oyununda İsveçə müqavimət göstərə bilməyib. Viktor Dyökereş het-trik edərək gecənin qəhrəmanı olub. Polşa isə Varşavada Albaniya qarşısında geridə olsa da, geri dönüş edərək finala adını yazdırıb.

Ukrayna – İsveç 1:3

Ponomarenko 90 – Dyökereş 4, 51, 73-p

Polşa – Albaniya 2:1

Levandovski, 63. Zelinski 73 – Xoca 42

Final: Polşa – İsveç

C yolu: Kosovo Bratislavada şou göstərdi

Günün ən məhsuldar və dramatik oyunu Bratislavada baş tutub. Yeddi qolun vurulduğu matçda Kosovo Slovakiya səfərindən qələbə ilə dönərək tarixi uğura imza atıb. Türkiyə isə İstanbulda Kadıoğlunun tək qolu ilə Rumıniyanı yolundan kənarlaşdırıb.

Türkiyə – Rumıniya 1:0

Kadıoğlu 53

Slovakiya – Kosovo 3:4

Valyent 6, Qaraslin 45, Strelets 90+5 – Xoca 21, Aslani 47, Musliya 60, Xayrizi 72

Final: Türkiyə – Kosovo

D yolu: Danimarka darmadağınla, Çexiya isə çətinliklə finalda

Danimarka Şimali Makedoniya üzərində aşkar üstünlüklə qalib gəlib. Praqadakı digər oyunda isə Çexiya İrlandiya qarşısında 0:2 hesablı geridönüş edərək penaltilər seriyasında qalib tərəf olub.

Danimarka – Şimali Makedoniya 4:0

Damsqor 49, İsaksen 58, 59, Нöpqоr 75

Çexiya – İrlandiya 2:2 pen.- 4:3

Şik 27-p, Kreyçi 86 – Parrot 19-p, Kovar 23-öz qapısına

Final: Danimarka – Çexiya

Final oyunları martın 31-də Bakı vaxtı ilə saat 22:45 başlayacaq

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21