“Qalatasaray”dan “Liverpul”a sərt reaksiya: “Bu, qəbulolunmazdır!”

21.03.26 | 13:18
Dünya futbolu

“Qalatasaray”ın rəsmi nümayəndəsi Eray Yazqan, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında baş verən zədələrlə bağlı “Liverpul” klubunu kəskin tənqid edib. İstanbul təmsilçisi İngiltərə klubunu idmançı sağlamlığına laqeyd yanaşmaqda və baş verənlərə görə məsuliyyətdən qaçmaqda suçulayıb.

Yazqan, oyun zamanı “sarı-qırmızılılar”ın iki aparıcı üzvünün ciddi xəsarət aldığını xatırladıb. Noa Lanqın barmağından aldığı zədə ilə yanaşı, Viktor Osimhenin İbrahim Konate ilə mübarizədə qolunun qırılması klubun narazılığına əsas səbəb olub.

“Burada söhbət futbolçularımızın sağlamlığına yönəlmiş ciddi təhlükədən gedir. ‘Liverpul’ nə klubumuzdan, nə də zərərçəkən oyunçularımızdan üzr istəyib. Bu, qətiyyən qəbulolunmazdır,” – deyə Yazqan A Spor-a açıqlamasında bildirib.

Klub rəsmisi “Liverpul”un susqunluğunu tənqid edərək, İngiltərə təmsilçisinin fərqli mövzularla gündəmi dəyişməyə çalışdığını iddia edib. Yazqan məsələnin diqqətdən kənarda qalmayacağını və sonuna qədər hüquqi müstəvidə addımlar atılacağını vurğulayıb. Onun sözlərinə görə, “Liverpul”un öz oyunçularının sosial mediada irqçi hücumlara məruz qalması ilə bağlı yaydığı xəbərlər, əslində meydandakı hadisələrdən diqqəti yayındırmaq məqsədi daşıyır.

“Bu sükut hadisəni ört-basdır etmək cəhdidir. Biz bu məsələnin arxasınca gedəcək və ədalətin bərpa olunmasına çalışacağıq” – deyə o, sözlərini tamamlayıb.

Paylaş:

Xəbər Lenti

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55