Bu mövsüm artıq bir dəfə “Qarabağ”ı məğlub edən Gəncə klubu bu uğuru bir daha təkrarladı və turun sensasiyalı qələbəsi ilə ağdamlıların çempionluq şansını bir az da çətinə saldı. Baş məşqçi Azər Bağırov komandasını oyuna həm psixoloji, həm taktiki, həm də fiziki cəhətdən yaxşı hazırlamışdı. Meydanda nə etdiyini və nə üçün çıxdığını yaxşı bilən gəncəlilər oyun boyu rəqibinə demək olar ciddi imkan vermədi. Qapıçı Yusif İmanov da ən yaxşı oyunlarından birini keçirdi. Son dəqiqələrdə hətta Paço hesabı artıra da bilərdi, amma ələ düşən bu hədiyyədən gəncəli futbolçu yararlana bilmədi. Oyunun taleyini isə ilk hissənin sonunda Fərid Nəbiyevin başla vurduğu dəqiq zərbə həll etdi. kinci hissədə hər iki baş məşqçi rotasiyalara əl atdı. Xüsusilə Qurban Qurbanov 62-ci dəqiqədə üçlü dəyişikliklə (Montiel, Toral, Musa) hücum xəttini gücləndirməyə çalışsa da, bu gedişlər komandanı məğlubiyyətdən xilas edə bilmədi.
“Kəpəz” Azərr Bağırovun rəhbərliyi ilə daha bir intizamlı və məqsədyönlü oyun keçirərək layiqli 3 xal qazandı.
Premyer Liqa, 25-ci tur
KƏPƏZ – QARABAĞ – 1:0
Qol: Nəbiyev, 45 (1:0)
Baş hakim: Əli Əliyev.
“Kəpəz”: Yusif İmanov, Ehtiram Şahverdiyev (Camal Cəfərov, 44), Rauf Hüseynli, Fərid Nəbiyev, Rəhman Hacıyev (Ümid Səmədov, 71), Paçu, Dioqo Verdaşka (k), Olavale Onanuqa, Adama Fofana, Mate Abuladze, Mahamadu Ba (Şakir Seyidov, 71).
“Qarabağ”: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Abdulla Zubir (k), Kevin Medina, Marko Yankoviç (Coni Montiel, 62), Kadi, Mateus Silva, Dani Kintana (Toral Bayramov, 62), Leandro Andrade, Pedro Bikalyo (Musa Qurbanlı, 62), Kamilo Duran.
Sarı vərəqələr: Şahverdiyev, 38. Yankoviç, 38. Bikalyo, 48. İmanov, 80.