Avropa futbolunun zirvəsində 1/8 final mərhələsi dramatik hadisələrlə yadda qaldı. Gecənin əsas qəhrəmanı Lissabonun “Sporting” klubu olsa da, turnirin favoriti sayılan Pep Qvardiolanın “Siti”si növbəti dəfə Madrid səddinə çırpılaraq mübarizəni dayandırdı.
“Sporting”: tarixi qayıdış və ilk 1/4 final
Lissabon təmsilçisi “Bodo-Qlimt”lə ilk matçda aldığı 0:3 hesablı məğlubiyyətin əvəzini evdə 5:0-lıq möhtəşəm qələbə ilə çıxaraq tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazandı. Əvvəllər “Bavariya” (2009) və “Man Siti”yə (2022) uduzaraq bu mərhələdə ilişib qalan “aslanlar”, bu dəfə tilsimi sındırdılar. Bu, ÇL tarixində ilk oyundakı 3 topluq fərqi aradan qaldıran cəmi 5-ci haldır. Norveç təmsilçisinin rusiyalı qapıçısı Nikita Haikin darmadağına baxmayaraq, bir mövsümdə 68 seyv edərək Tibo Kurtuanın rekordunu (59) yenilədi.
“Real” Qvardiolanı yenə “istrahətə göndərdi”
“Kral klubu”ı son illərin ənənəsini pozmadı. Pep Qvardiolanın komandası ötən il olduğu kimi, yenə turnirlə erkən vidalaşdı. “Real”ın baş məşqçisi Arbeloa, Arda Gülər və Braim Diası “yalançı doqquzluq” kimi istifadə edərək mərkəzi zonada üstünlük qazandı. Bernardo Silvanın qırmızı vərəqəsi və Vinisiusun penalti qolu oyunun taleyini həll etdi. Qvardiola “Mançester Siti” ilə 10-cu cəhdində cəmi 1 titulla kifayətlənməli olub. O, etiraf etdi: “Madriddəki uşaqların ÇL titullarının sayı bizim bu turnirdə keçirdiyimiz illərdən çoxdur”.
“PSG” Londonda “Çelsi”ni darmadağın etdi
Paris təmsilçisi “Çelsi” üzərindəki hegemonluğunu davam etdirir. Evdəki 5:2-lik qələbədən sonra, parislilər Londonda da rəqibini rüsvay etdi (3:0). “Çelsi” iki oyunun cəmində qapısında 8 qol gördü – bu, London klubunun tarixində heç bir turnirdə rast gəlinməyən acınacaqlı göstəricidir. Paris klubu isə son 7 mövsümdə 5-ci dəfə 1/4 finala yüksəldi. Onların növbəti rəqibi “Liverpul” – “Qalatasaray” cütünün qalibi olacaq.
“Arsenal” alman səddini keçdi
Mikel Artetanın “Arsenal”ı Leverkuzen “Bayer”i ilə gərgin mübarizədən qalib ayrıldı. İlk matçdakı bərabərlikdən sonra, “topçular” evdə 2:0 hesablı inamlı qələbə qazanaraq növbəti mərhələyə adladılar. “Topçuların” macar legionrri Viktor Dyökereşin keçmiş klubu ilə qarşılaşması turnirin ən maraqlı intrigalarından birinə çevriləcək.
“Sportinq” – “Bude Qlimt” 5:0
Qonsalu İnasiu, 34. Qonsalveş, 61. Suares, 78-penalti. Arauxo, 92. Nel, 120+1
İlk oyun 0:3
“Mançester Siti” – “Real”
Holand, 41 – Vinisius Junior, 22, 90+3
İlk oyun 0:3
“Çelsi” – “PSJ” 0:3
Kvaratsxeliya, 6. Barkolya, 15. Maylu, 62
İlk oyun 2:5
Arsenal – Bayer
Eze, 36. Rays, 63
İlk oyun 1:1