Martın 19-dan 21-dək Bakıda “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. “Neftçi” və “Dinamo” akademiyalarının birgə təşkilatçılığı ilə baş tutacaq yarışda U-11 komandaları mübarizə aparacaq. Turnirdə ölkəmizi “Neftçi”, “Qarabağ” və “Ulduz” klubları təmsil edəcək. Beynəlxalq statuslu yarışın digər iştirakçıları isə Türkiyənin “Beşiktaş” və “Göztəpə”, həmçinin Qazaxıstanın “Kayrat” klublarının müvafiq yaş qrupları olacaq.