İliç çıxış yolu tapa bilmir: “Mübarizə var, nəticə yoxdur”

14.03.26 | 09:36
Ölkə futbolu

Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya minimal hesabla (0:1) məğlub olan “Sumqayıt”da sular durulmur. Oyunsonrası mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Saşa İliç komandadakı mövcud durum, transfer uğursuzluqları və gələcək planları barədə səmimi açıqlamalarla yadda qalıb.

Serbiyalı mütəxəssis “Şamaxı” ilə oyunların həmişə çətin keçdiyini vurğulayaraq, komandasının oyununda irəliləyiş hiss etdiyini bildirib: “Şamaxı”ya qarşı oynamaq hər zaman çətindir. Bu gün meydanda mübarizə aparan, qələbə üçün çalışan bir komanda var idi. Şanslarımız oldu, lakin onlardan yararlana bilmədik. Futbolçuların istəksiz olduğunu deyə bilmərəm, onlar vuruşurlar. Düzünü desəm, bu qədər cəhdə rəğmən niyə qalib gələ bilmədiyimizi anlamaqda çətinlik çəkirəm. Lakin bugünkü oyunumuz əvvəlki turlara nisbətən daha keyfiyyətli idi”.

İliç uğursuzluqların kökündə həm də qış fasiləsində heyətin gücləndirilə bilməməsinin dayandığını etiraf edib. O, rəhbərliklə bu mövzuda müzakirələr aparılsa da, istənilən keçidlərin baş tutmadığını qeyd edib: “Heyəti yeni oyunçularla gücləndirmək niyyətində idik, lakin təəssüf ki, bu alınmadı. Bu amil hazırkı nəticələrimizdə öz sözünü deyir. Futbolda kadr potensialı həlledici rol oynayır”.

Turnir cədvəlindəki mövqeyə toxunan baş məşqçi, avrokuboklara vəsiqə qazanmaq şanslarının minimuma endiyini gizlətməyib. O, artıq gələcəyə fokuslanmağın vaxtı çatdığını işarə edib: “Avropa zonasına düşmək şanslarımız getdikcə azalır. Əgər əsas heyətlə nəticə qazana bilmiriksə, deməli, gənclərə daha çox şans verməyin vaxtıdır. Qalan turlarda perspektivli oyunçuları sınaqdan keçirməyi planlaşdırırıq”.

Sonda öz gələcəyi ilə bağlı sualları cavablandıran Saşa İliç, hazırda yalnız işinə fokuslandığını bildirib: “Mənim klubla qüvvədə olan müqaviləm var və işimi davam etdirirəm. Müqavilənin müddətinin uzadılıb-uzadılmayacağı barədə hazırda düşünmürəm. Rəhbərliklə bu barədə danışığımız olmayıb”.

Paylaş:

Xəbər Lenti

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55