Demçenko: “Futbolçular artıq nə istədiyimizi anlayırlar”

14.03.26 | 09:20
Ölkə futbolu

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 25-ci turu çərçivəsində “Karvan-Yevlax” üzərində qazanılan çətin qələbəni (2:1) şərh edib. Ukraynalı mütəxəssis komandasının oyunundakı müsbət dinamikadan və qarşılaşmanın gərgin keçən son dəqiqələrindən danışıb.

Görüşün ilk yarısından razı qaldığını bildirən Demçenko, matçın startında üstünlüyü tam ələ aldıqlarını vurğulayıb: “İlk hissə bizim üçün olduqca uğurlu keçdi. İki gözəl qola imza ataraq fasiləyə üstün yollandıq. İkinci hissədə isə öz səhvimizdən qapımızda qol gördük. Belə matçlarda əsas məqsəd oyuna nəzarəti əldən verməmək və hesabı qorumaqdır. Təəssüf ki, ikinci yarıda əlimizə düşən əla fürsətləri dəyərləndirə bilmədik. Futbolun yazılmamış qanunudur: sən vurmayanda, sənə vururlar”.

Mütəxəssis hesab fərqini artıra bilmədikləri üçün oyunun sonunun dramatik xarakter aldığını qeyd edib: “Fərqi artıra bilmədiyimiz üçün final fiti ərəfəsində gərginlik yaşadıq. Lakin ümumi mənzərəyə baxsaq, komandamız oyundan-oyuna inkişaf edir. Artıq futbolçular məşqçilər heyətinin onlardan nə tələb etdiyini tam dərk edirlər. Meydanda verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırlar. Bu inkişaf bizi gələcək turlar üçün ümidləndirir“.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21