İlk oyunda 0:2 məğlub olunana “Atalanta”nın cütün qalibi olacağı ciddi sual altında idi. Almanlar ilk oyunda iki top fərqini təmin etməklə yanaşı, çox inamlı görünürdü. Lakin cavab oyunu tam fərqli oldu. Berqamoluların ağlasığmaz təzyiqi qarşısında almanlar çox gücsüz qaldı və elə ilk yarıda 2 topun əvəzi çıxıldı. İkinci tarının əvvəlində “Atalanta” ümumi hesabda irəli də çıxdı. Bundan sonra dortmundlular özlərini ələ alıb vəziyyəti xilas etməyə atıldı. Lakin qonaqların heyətində ən fəal, yaradıcı və istəkli tək Adeyemi görünürdü. O, qollardan birinin əvəzini də çıxdı, amma Adeyemi Messi deyil ki, təkbaşına cütün taleyini həll etsin. Oyunun sonunda müdafiədə səhv penaltiyə səbəb oldu. Bensebaini ikinci sarı vərəqəni, “Borussiya” isə qapısında 4-cü qolu görərək turnirlə vidalaşdı. “Aatalanta” isə cavab oyununda möhtəşəm geridönüşlə yoluna davam edir.
“Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 4:1 (ilk oyun 0:2)
Skamakka, 5. Dzapakkosta, 45. Paşaliç, 57. Samarciç, 90+8-p. – Adeyemi, 75.
PSJ (Fransa) – “Monako” (Fransa) 2:2 (3:2)
Markinyos, 90. Kvarataxeliya, 66 – Akliuş, 45. Teze, 90+1.
“Real” (İspaniya) – “Benfika” (Posrtuqaliya) 2:1 (1:0)
Çuameni, 16. Vinisius, 80 – Rafa Silva, 14.
“Yuventus (İtaliya) – ‘Qalatasaray” 3:2-əlavə vaxtda (2:5)
Lokatelli, 37-p. Qatti, 70. Makkenni, 82 – Osimhen, 105+1. Barış Yılmaz, 119.