Tsxadadze “Qəbələ”də “təmizləmə” anonsu verdi

25.02.26 | 01:40
Ölkə futbolu

Premyer Liqasının 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” doğma meydanda “Turan Tovuz”a 0:3 hesabı ilə məğlub olub. Lakin oyunun nəticəsindən çox, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin oyunsonu mətbuat konfransındakı sərt açıqlamaları gündəmə damğa vurub.

Matçın start fitindən etibarən Kurban Berdıyevin yetirmələrinin təzyiqi ilə qarşılaşan “Qəbələ”, cəmi 18 dəqiqə ərzində qapısında iki qol görüb. Tsxadadze oyunun başlanğıcını “fəlakət” kimi qiymətləndirib: “Oyuna çox pis başladıq. “Turan-Tovuz” kimi nizamlı komandaya qarşı 0:2 geridə olarkən geri dönmək həddindən artıq çətindir. İkinci hissənin əvvəlindəki avtoqol isə bütün planlarımızı alt-üst etdi”.

Sıx qrafik səbəbindən rotasiyaya əl atan gürcü mütəxəssis, şans verdiyi futbolçuların çıxışından ciddi narazı qalıb. O, ehtiyat oyunçuların məsuliyyətsizliyini kəskin tənqid edərək rəhbərliyə və oyunçulara mesaj yollayıb: “Mövsümü cəmi 11 nəfərlə bitirmək qeyri-mümkündür. Əgər ehtiyatdan gələnlər komandaya heç bir fayda vermirsə, onların heyətdə olma səbəbini başa düşmürəm. Şans qazanmaq üçün futbolçu meydanda can qoymalıdır. Mən özünü doğrultmayan oyunçuların yanaşmasını qəbul edə bilmirəm”.

O, komandada yalnız bir nəfəri fərqləndirib: “Hər kəs Murad Musayevdən nümunə götürməlidir. Meydana çıxdı və əsl peşəkar kimi mübarizə apardı”.

Məşqçi həm yerli, həm də legioner futbolçuların oruc tutmasının performansa mənfi təsir etdiyini gizlətməyib. Lakin o, bunun həssas məsələ olduğunu bildirib: “Mən heç kimə “oruc tutma” deyə bilmərəm, bu şəxsi qərardır. Amma gün boyu qidalanmayan və su içməyən oyunçunun fiziki düşüş yaşaması qaçılmazdır”.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21