“Neftçi” klubu bu gün 80 yaşı tamam olan Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin xatirəsini ehtiramla yad edib. Paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi “Palms Sports Arena”nın tribunalarından birinə mərhum hücumçunun adını verib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, stadionun ən böyük tribunası olan “Cənub” tribunası bundan sonra məşhur forvardın adını daşıyacaq.