“Sabah” son anda qələbə qazandı

22.02.26 | 17:09
Ölkə futbolu

Günün ikinci oyununda lider “Sabah” doğma meydanda Gəncənin “Kəpəz” klubunu sınağa çəkdi. Turnir cədvəlindəki mövqelər bu qarşılaşmada “Sabah”ın aşkar favorit olduğunu göstərsə də, meydandakı mübarizə heç də proqnozlaşdırıldığı qədər asan keçmədi.

Cari mövsümdə “Qarabağ” ı 2:0 hesabı ilə məğlub edərək bütün diqqətləri üzərinə çəkən “Kəpəz”, Masazırda da növbəti sürprizin bir addımlığında idi. Valdas Dambrauskasın yetirmələri yaxşı formada olsalar da, ötən turdakı xal itkisi onları bu dəfə daha ehtiyatlı davranmağa məcbur edirdi. Xüsusilə “Qarabağ”ın turnir cədvəlində lideri daban-dabana izləməsi “bayquşlar” üçün səhv limitini sıfıra endirmişdi.

Matçın böyük hissəsi “Sabah”ın ərazi üstünlüyü ilə keçsə də, gəncəlilərin inamlı müdafiə səddi uzun müddət qapını toxunulmaz saxlamağı bacardı. Lakin Dambrauskasın 74-cü dəqiqədə etdiyi dəyişikliklər bəhrəsini verdi.

Meydana sonradan daxil olan Kahim Pərris 88-ci dəqiqədə rəqib müdafiəsini yarmağı bacararaq komandasına həyati əhəmiyyət kəsb edən 3 xalı gətirən qolu vurdu.

Oyunun son saniyələri gərgin anlarla yadda qaldı. Məğlubiyyətdən qaçmaq üçün irəli atılan “Kəpəz”in heyətində Şakir Seyidov 90+8-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı.

“Sabah” bu çətin qələbə ilə xal ehtiyatını artıraraq çempionluq yolunda növbəti maneəni aşdı. “Kəpəz” isə layiqli mübarizə aparmasına baxmayaraq, bu dəfə xal qoparmağı bacarmadı. Görünən odur ki, Dambrauskasın “bayquşları” “Qarabağ”ın nəfəsini kürəyində hiss etdiyi üçün hər qarşılaşmaya final oyunu kimi hazırlaşmalı olacaqlar.

SABAH – KƏPƏZ 1:0 (0:0)

Qol: Kahim Pərris, 88 (1:0)

Baş hakim: Əliyar Ağayev

“Sabah”: Stas Pokatilov (k), Aleksey İsayev (Umarəli Rəhmonəliyev, 83), Xəyal Əliyev (Coy-Lans Mikkels, 74), Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Rəhman Daşdəmirov, Aaron Maluda (Stiven Ende, 90+4), Cessi Sekidika (Kahim Pərris, 74)

“Kəpəz”: Yusif İmanov, Şakir Seyidov, Mahamadu Ba (Fərid Nəbiyev, 60), Paçu (Arzu Atakişiyev, 82), Ehtiram Şahverdiyev (Ümid Səmədov, 60), Dioqo Verdaşka (k), Olavale Onanuqa, Mate Abuladze, Adama Fofana, Rauf Hüseynli, Renosuke Ohori (Əli Səmədov, 87)

Sarı vərəqə: Rauf Hüseynli

Qırmızı vərəqə: Şakir Seyidov, 90+8 (birbaşa)

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13