Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə Dünya Kuboku davam edir. Turnirin növbəti günündə millimizin üzvü Nikita Simonov növbəti uğuruna imza atıb.
Gimnastımız halqalarla hərəkətdə final mərhələsində yüksək ustalıq nümayiş etdirib. O, hakimlərdən 14.066 xal alaraq turnirin gümüş medalla başa vurub.
Qeyd edək ki, bu turnir gimnastlar üçün həm də beynəlxalq reytinq xalları toplamaq baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda digər gimnastlarımız da müxtəlif alətlər üzrə təsnifat və final mərhələlərində mübarizəni davam etdirirlər.